!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanın “İCAZƏ” MESAJI: “Bu, həm Türkiyəyə, həm də dünyaya yönəlik qətiyyət göstəricisidir” – ŞƏRH

!Reklam – Yazi

“Daxili auditoriyaya yönələn bu kimi mesajlardan sonra cəmiyyətdə sözdən işə keçmək gözləntisi də yaranır ”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında quru əməliyyatının keçirilməsi üçün nə ABŞ, nə də Rusiya Prezidentindən icazə almayacağına dair fikirlərini şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, Türkiyə lideri bu mesajı ilə özünün və ölkəsinin terrora qarşı mübarizədə qərarlılığını çatdırmaq istəyib:

“Təbii ki, dövlət başçılarının bu tip bəyanatları müəyyən məqsədlərdən irəli gələn açıq mesajdır. O cümlədən cənab Ərdoğanın da Böyük Millət Məclisindəkı çıxışında belə fikirlər səsləndirməsini bu çərçivədə dəyərləndirmək olar. Ərdoğanın bu bəyanatının terrora qarşı mübarizə konteksində verildiyini nəzərə alsaq, bu, həm Türkiyəyə, həm də dünyaya yönəlik qətiyyət göstəricisidir.

Bu mesajın Türkiyənin Suriya ilə İraqın şimalında həyata keçirdiyi hava əməliyyatları fonunda verilməsi, ABŞ və Rusiya prezidentlərinin xatırladılması da təsadüfi deyil. Diqqət etdinizsə, İstanbulda törədilmiş son terror aktından sonra ABŞ və Rusiya Türkiyənin bölgədə keçirdiyi hava əməliyyatına etiraz bildirməsələr də, onların bundan məmnun olmadığını da görmək çətin deyil. O baxımdan, Türkiyə lideri ölkənin və özünün mövqeyini bir daha ortaya qoydu.

Bəli, daxili auditoriyaya yönələn bu kimi mesajlardan sonra cəmiyyətdə sözdən işə keçmək gözləntisi də yaranır. Yəni insanlar belə qətiyyətli bəyanatlardan sonra Türkiyənin tez zamanda quru əməliyyatına başlamasını istəyirlər. Amma burada məsələ tək siyasi iradə nümayişindən getmir. Çünki belə əməliyyatların keçirilməsində Ordunun hazırlığından tutmuş hava şərtlərinə qədər bir çox amillər nəzərə alınmalıdır. Gərəkəcəksə, quru əməliyyatına da qərar veriləcək”.

A.Zeynalov

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv