Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğanla Merkel görüşdü: "Fərqli düşüncələrimiz ola bilər, ancaq..."

Reklam: High Technic

Türkiyəyə səfər edən Almaniya kansleri Angela Merkel prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Yenicag.az xəbər verir ki, qapalı keçirilən görüşdən sonra liderlər mətbuata açıqlama ilə çıxış ediblər.

Ərdoğan Türkiyənin Avropa İttifaqına üzv seçilməsi üçün Merkelin dəstəyini hər zaman xatırlayacaqlarını bildirib:

“Xanım Merkellə yürütdüyümüz uğurlu işlərin yeni idarəçilərlə də davam etməsini arzulayıram. Bugünkü görüşümüzdə ikitərəfli münasibətlər başda olmaqla bir çox məsələləri müzakirə etdik. Merkelin türk toplumu ilə yaxın təmaslarından məmnunluq duyuruq. Dəyərli dostum Merkelə bundan sonrakı həyatında uğurlar arzulayıram”.

Merkel də çıxışında Türkiyənin NATO üçün pnəmli ölkə olduğunu bildirib:

“Əfqanıstana humanitar yardımlar göstərilməsi məsələsini cənab Ərdoğan ilə müzakirə etdik. Türkiyənin Paris Sazişini qəbul etməsini məmnunluqla qarşıladıq. Türkiyə NATO müttəfiqi kimi önəmli ölkədir. Cənab Ərdoğanla fərqli düşüncələrimiz ola bilər, ancaq hər zaman ortaq nöqtəmiz var. Federal hökumət məndən sonra da bu baxış tərzi ilə davam edəcək. Sülh və təhlükəsizliyimiz bir-birinə bağlıdır”.

www.yenicag.az

254
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100