!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əri çoban olan qadın intihar etdi - İki körpəsini çaya atdı

!Reklam – Yazi

Ana iki azyaşlı övladı ilə intihar edib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Tacikistanda baş verib. Sayram adlı qadın 2 və 4 yaşlarında iki övladı ilə birgə çaya atlanıb.

Qadının qayınanası isə gəlininin nə səbəbə bu addımı atdığını bilmədiyini söyləyib:

“Ailəmizdə heç bir dava, münaqişə olmayıb. Hamımız bu hadisədən sarsılmışıq. Mənim oğlum çobandır. Səhər gedir, axşam qayıdır evə. Hadisə baş verən gün baxdım evdə sakitlikdir. Uşaqlar bir də gəlinimin axtarışına çıxdıq. Nəvəmin ayaqqabısını çayın qırağında tapdıq. Gəlinimin özünü atdığı çay evimizdən 20 metr məsafədə yerləşir”.

Hazırda qadının və azyaşlı övladlarının cəsədlərinin axtarışları üzrə işlər davam etdirilir.

Faktla bağlı araşdırma başlanıb.

COP29

www.yenicag.az

2575
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv