Müsahibim rəqqasə Aygündür. Rəfiqələri, tanışları ona Ayka desələr də, şou-biznesdə adını dəyişmək və ya fərqli adla təqdim olunmaq istəmir. İlk ilanla, qanadlarla mən rəqs etmişəm deyir. Özünə rəqib görmür. Əsl rəqs görmək istəyən məni izləsin deyir.
Yenicag.az Xəbərçi.az-a istinadən müsahibəni təqdim edir:
– Aygün xanım, olduğunuz yerdən məmnunsunuzmu?
– Çox mənnunam. Amma bundan da yaxşı yerə laiqəm. Zamanla o da olacaq.
– Haradasınız ki?
– Laiq olduğum pillədə … Allahın mənə rəva gördüyü yerdə. Rəqqasəyəm, və öz işimi çox sevirəm.
– Ayaqlarınız yerdən üzülməyib ki?
– Qətiyyən… Özümü idarə etməyi çox gözəl bacarıram.
– Deməli, hislərə tabe olmursunuz.
– Olmuram. Ağlımla hərəkət edirəm.
– İndiyə qədər kimlərin başını gicəlləndirmisiniz?
– Bəs kimin ürəyini bulandırmısınız?
– Heç kimin. Bu cür gözəl qadın heç ürək bulandırar?!
– Bəs sizin ürəyinizi bulandıran kimlərdir?
– Yalan danışanlar, artıq-əskik danışanlar. Amma mən düşünürəm ki, o insanların ağılları yaxş inkişaf etməyib .
– Hansı rəqqasələri bəyənmirsiniz?
– Çoxlarını kölgədə qoyaram. Sözümün arxasında da dayanıram.
– O dediyiniz çoxluğun içərisindəki “azlıq”la rəqabətə girə bilməzsiniz?
– Onlar artıq sözünü demiş insanlardır. Onlarla işim yoxdur. Rəqs ürək döyüntüsü kimi bir şeydir. Qəlblərə yol tapa bilməyən rəqqasə ola bilməz.
– Ailəlisiniz?
– Ailəli olmuşam. İki övladım var.
– Bəs niyə boşandınız?
– Bilirsinizmi, gözəl qadın içərisi pulla dolu çamadan kimidir. Onu nə yerə qoymaq olmur, nə də özünlə gəzdirmək. Bu sualın cavabın belə verməyi üstün tuturam.
– Yoldaşınız sizə xəyanət edibmi?
– Heç vaxt belə bir şey olmayıb. Mən həmişə sevilən qadın olmuşam. Sadəcə olaraq, dost kimi ayrılmışıq.
– İndi həmin insanla görüşürsünüzmü?
– Bəli, əlbəttə.
– Bax, həmin görüşlər zamanı aranızda əvvəlki kimi intim hislər baş qaldırırmı?
– Kişiyə qadının bir yerdə olması onsuz da bir qığılcımdı. Aramızda heç nə olmasa da, baxışlardan nəyisə sezmək olur.
– Masanın üzərinə çıxıb rəqs etmisiniz?
– Etmişəm. Bu işə pis baxmıram. Əgər bir işi edirsənsə, axıra kimi etməlisən.
– Sizi masanın üzrərinə pul ilə çıxardıblar?
– Pulu stolun üstünə səpiblər, mən çıxıb oynayıb götürmüşəm. Tək mənim üçün belə etməyiblər ki… Çox rəqqasələr üçün bunu ediblər.
– Gözünüzlə görmüsünüz?
– Əlbəttə, amma adını çəkmək istəmirəm.
– Rəqs edərkən sizə uzadılan pulu alıb haranıza qoyursunuz?
– Mən həmişə pulu əlimə götürürəm. İcazə vermirəm ki, kimsə sinəmə pul qoysun.
– Niyə?
– Yad kişi əli niyə bədənimə toxunsun ki?!
– Amma nəzərə alaq ki, yad baxışlar sizin üzərinizdə rahatlıqla gəzir…
– Bunda bir problem görmürəm. Gözlər gözəllik görməlidir.
– İlanla oynayanlar var …
– Mən də oynayıram. On il bundan qabaq mən ilanla oynayanda heç kim bunu etmirdi.
– Bəs rəqqasə Renka deyir ki, bunu ən birinci mən etmişəm?
– Renka özü üçün çox şey deyə bilər. O, məni yaxşı tanıyır. O çox gözəl bilir ki, ilk dəfə mən qanadlarla, ilanlarla oynamışam.
– Təsir əks təsirə bərabərdir. Təsirə saldığınızı bilirəm. Bəs təsirə necə, düşürsünüzmü?
– Baxışlardan təsirə düşə bilərəm.
– Hansı baxışlar sizi narahat edir?
– Bəzən xanımların, kişilərin mənə qeyri-adi baxmaqları məni narahat edir. Əslində ürəklərində düşünürlər ki, gözəl xanımam, gözəl rəqqasəyəm. Amma nədənsə paxıllıq bunu qəbul etəməyə imkan vermir.
– Sizin özünüzdə qadın qısqanclığı var?
– Heç vaxt qadınları qısqanmıram. Heç bir qadının gözündən bir damcı yaş axmasını istəmirəm.
– Atdığınız “ox” hədəfdən yan keçibmi?
– Heç vaxt belə bir şey olmayıb. Hədəfi həmişə düz vurmuşam.
– Şübhəyə tez-tez düşürsünüz?
– Deyərdim ki, yox. Çünki altıncı hissim çox güclüdür.
– Sizə 100 min manat təklif edən kim idi?
– Vəzifəli şəxslərdən biri idi.
– Qəbul etmədiniz?
– Əlbəttə, yox. Çünki mən pulnan satılan qadın deyiləm. Yalnız sevdiyim kişi ilə bir yerdə olaram.
– Görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?
– Özümü zirvələrdə görmək istəyirəm və inanıram ki, bu, məndə alınacaq.
– İndi həyatınızda kimsə varmı?
– İndi ancaq sənətimi sevirəm.
– Gözünüzdən nə düşüb?
– Sevdiyim insan!
– Həyat yoldaşınız?
– Xeyr, ondan sonra birini sevirdim, amma bədbəxt bir hadisə nəticəsində ayrıldıq.
– Nə idi o bədbəxt hadisə?
– O adam vurdu və həbs olundu.
– Əliniz ətəyinizdə çox qalıb?
– Kimə əl uzatmışamsa, tutublar. Geri çevirməyiblər.
– Daha çox hansı növ rəqsləri sevirsiniz?
– Milli rəqslərimizi çox sevirəm və ən çox da milli rəqs oynayıram.
– Aygün xanım, haradan hara gəldiniz?
– Çox əziyyətlər çəkdim bu yerə gələnə qədər. Maddi və mənəvi əziyyətlər.
– Kimə dağ çəkmisiniz?
– Sevdiyim insana. Ürəyimi yandıranın ürəyini yandırmışam.
– Davamlı sevirsinizmi?
– Bəli, istədiyim normal kişini tapana qədər sevə bilərəm.
– Normal nəyə deyirsiniz?
– Məni çox sıxmayan, daxilən azad yaşamağa icazə verən bir insan axtarıram. Sərbəstlik istəyirəm.
– Nədən qorxurdunuz ki, o da başınıza gəldi?
– Tək qalmaqdan qorxurdum, o da oldu.
– İndi nə istəyirsiniz?
– Sevmək və sevilmək.
– Daha çox sevilmisiniz, yoxsa sevmisiniz?
– Sevilmişəm. Mən də sevmişəm, amma məni sevənlər qədər yox.
– Qısaqancsınızmı?
– Bəli, sevirəmsə, qısqanmalıyam.
– Amma deyirlər ki, qısqanclıq zəiflik əlamətidir…
– Mən bu fikirlə razı deyiləm.
– Nəyi əldən vermək istəmirsiniz?
– Mənim olan heç nəyi əldən vermək istəmirəm.
– Sizin olacaq nə olmalı idi, lakin olmadı?
– Mən çox şükür edirəm ki, indi istədiyim hər şey var.
– Ailəyə görə sənəti atarsınızmı?
– Sözün düzü, indi belə qənaətdəyəm ki, yox. Amma ola bilər ki, gələcəkdə fikrim dəyişsin.
– İpin ucunu dartdıqca hara gedir?
– Elə olur ki, dartdıqca pisə, elə də olur ki, yaxşıya doğru gedir. Ona görə də, yerində qalsa, yaxşıdır.
– Özünüzü cilovlaya bilirsiniz?
– Bunu yaxşı bacarıram.
– Sizi şərabdan savayı nə məst edə bilər?
– Surətpərəstsiniz?
– Özü də çox (gülür).
– Sonuncu dəfə kim və harada qulağına nə pıçıldayıb ki, cingiltisi hələ də qulağından getmir?
– Bir dəfə bir məclisdə idim. Biri mənə yaxınlaşıb qulağıma dedi ki, çox şahanə bir qadınsan … Sevdim o sözləri.
– Rəqqasəlikdən savayı bir qazanc yeriniz var?
– Biznesim yoxdur, işimə biznes kimi baxıram.
– Mən bilirdim… ardını siz tamamlayın.
– Mən bilirdim, yaxşı bilirdim ki, bu sənətə yenidən qayıdacağam…
www.yenicag.az