!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erkan Özoral: "Türkiyə hər zaman Azərbaycanın yanındadır və yanında olacaq"

!Reklam – Yazi

Türkiyənin Azərbaycandakı səfirliyi KİV nümayəndələri üçün iftar süfrəsi təşkil edib.

Türkiyənin Azərbaycandakı səfirliyi KİV nümayəndələri üçün iftar süfrəsi təşkil edib. Mərasimdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və xanımı, səfirliyin mətbuat müşaviri Hamit Karadeniz, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, həmçinin ölkənin tanınmış media nümayəndələri iştirak ediblər.

“Qurani-Kərim”dən ayənin oxunmasından sonra mərasimi giriş sözü ilə açan Hamit Karadeniz öncə qonaqları Ramazan ayı münasibətilə təbrik edib və oruc tutmağın vacibliyindən danışıb. Çıxışında jurnalistlərin həqiqətin çatdırılmasında vacib rol oynadıqlarını deyən müşavir eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığından da danışıb, bu qardaşlığın qorunmasında KİV təmsilçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral öncə ölkəmizdə diplomat olaraq çalışdığı 2005-ci ili xatırlayıb. O vaxtdan bu günə Azərbaycanın sürətlə inkişaf etdiyini deyən səfir bu inkişafdan ölkəmizin yazılı və elektron mediasına da pay düşdüyünü bildirib.

“Azərbaycan bizim çətin günlərimizdə yanımızda oldu”, – deyən səfir bildirib ki, Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü də Türkiyənin gücüdür.

Hazırda Yaxın Şərqdə baş verən proseslər, həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə də danışan Erkan Özoral deyib: “Bizim qəlbimizdə bir qapanmayan yara var, bu da Dağlıq Qarabağ münaqişəsidir. Bu gün İraq, Suriya kimi yerlərdə ədalətsizliklər davam edir. Amma Dağlıq Qarabağda ədalətsizlik uzun müddətdir mövcuddur. Bu ədalətsizlik bitməyincə, regionda sabitlik olmayacaq. Türkiyə hər zaman Azərbaycanın yanındadır və yanında olacaq. O gün mütləq gələcək ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq”.
Mərasimdə çıxış edən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu dostluq və qardaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını deyib. Ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirən Hikmət Babaoğlu diqqətə çatdırıb ki, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri sarsılmazdır. Millət vəkili Azərbaycan-Türkiyə münasibətlərinin regionda və müsəlman dünyasında həmrəyliyin təmin olunmasına da müstəsna töhfələr verdiyini söyləyib.

Yenicag.az

www.yenicag.az

901
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv