“Prosesin Seçki Məcəlləsinə uyğun təşkil edilməsi bütün bu fəaliyyətin ən yüksək səviyyədə təmin olunduğunun göstəricisidir”.
Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin təşkilinə yönəlik prosesin gedişatını dəyərləndirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, prezident seçkilərinin normal keçirilməsi üçün bütün zəruri işlər ən yüksək səviyyədə təşkil olunub:
“Azərbaycanın yeni dövrə qədəm qoymasına artıq çox az qalıb. Seçki prosesi çərçivəsində görülən hər bir iş qanunauyğun şəkildə icra edilib.
Namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində əlverişli mühitin yaradılması, ayrı-seçkiliyə yol verilməməsi xüsusi qeyd edilməlidir.
Ümumiyyətlə, prosesin Seçki Məcəlləsinə uyğun təşkil edilməsi bütün bu fəaliyyətin ən yüksək səviyyədə təmin olunduğunun göstəricisidir.
Azərbaycan xalqı fevralın 7-də keçiriləcək prezident seçkilərində aktiv iştirak etməklə, öz layiqli seçimini edəcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az