Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə münasibət bildirib.
Yenicag.az xəbər verir ki, deputat bu barədə “Facebook” səhifəsində yazıb.
“Mən bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və barbar tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi edə bilmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Mən utanıram”, deputat paylaşımında qeyd edib.
www.yenicag.az