Erməni nazir Naxçıvan sərhədinə gəldi
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə yaxın əraziyə gəlib.
Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki , Ermənistan hərbçisi iyunun 26-da məhz həmin ərazidə həlak olub.
Erməni nazir postlara baş çəkib, operativ vəziyyətlə tanış olub, döyüş növbəsinin xüsusiyyətləri ilə maraqlanıb, istehkam-mühəndis qurğularının nə dərəcədə etibarlı olmasını şəxsən yoxlayıb.
Erməni KİV-lərinin xəbərinə görə, nazir Ohanyan əsgər və zabitlərlə söhbət edib, şəxsi heyətlə görüşüb, onların hazırlıq səviyyəsi və mənəvi-psixoloji durumu ilə tanış olub.