Erməni qızı qaçıran şəxs həbs edildi
Gürcüstan vətəndaşı, 24 yaşlı Artur M. Gümrü şəhərində erməni qızını oğurlamaqda ittiham edilir.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Məhkəmə Departamentindən bildirilib.
İttiham aktına görə, ötən il iyulun 26-da Artur başqa bir Gürcüstan vətəndaşı Qoça Qomelauri ilə sövdələşərək Gümrünün Qələbə prospektində şəhər sakini M.P-ni evlənmək məqsədilə oğurlayıblar.
Artura qarşı Cinayət Məcəlləsinin 131-ci maddəsi üzrə (“Gizli və ya aşkar şəkildə aldatma, etimaddan sui-istifadə, zorakı və ya zor tətbiqi hədəsi ilə qabaqcadan sövdələşmə əsasında qrup tərəfindən həyata keçirilən adam oğurluğu”) cinayət işi açılıb.
Gürcüstan vətəndaşı artıq həbs edilib. Məhkəmənin ilk iclası fevralın 24-ə təyin olunub.