!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənilər çoxlu sayda həm canlı qüvvə, həm də texnika itiriblər" - Millət vəkili

!Reklam – Yazi

“Hər kəs baş verənlərin olacağını gözləyirdi. Bu barədə Prezident İlham Əliyev də dəqiq kəşfiyyat məlumatlarına əsasən ermənilərin geniş miqyaslı müharibəyə hazırlaşdıqlarını istər daxili auditoriyaya, istərsə də, beynəlxalq tribunada çıxışlarında bildirib”.

Bu fikiri Yenicag.az-a cəbhə bölgəsində olan millət vəkili Sahib Əliyev deyib.

Sahib Əliyev bildirib ki, bu gün səhər saat 06:00-da baş verənlər Prezident İlham Əliyevin nə qədər haqlı olduğunu ortaya qoyub:

“Prezident İlham Əliyev deyirdi ki, əgər Ermənistan ordusu təxribat yaratsa onlar üçün çox ağır olacaq. Bu gün də gördük ki, ermənilər çoxlu sayda həm canlı qüvvə, həm də texnika itiriblər. Fikirləşirəm ki, onların itkiləri artacaq”.

Millət vəkili sosial şəbəkələrin bağlanması və internetin dayandırılmasına gəldikdə isə bunları deyib:

“Müharibə gedən hər bir yerdə mütləq internetdə məhdudiyyətlər tətbiq olunur. Bu təbiidir. Hətta qardaş Türkiyə Suriyada anti-terror əməliyyatı həyata keçirən zaman yaxın ərazidə internetə məhdudiyyət gətirdi. 2016-cı ildə ermənilər internet üzərindən təxribatlar yayırdılar. İndi də bu yöndə addınlar ata bilərdilər və bunun qarşısı alınıb. Məsələ yekunlaşandan sonra internet yenidən bərpa ediləcək”.

Ordumuzun irəlilədiyini deyən deputat qeyd edib ki, cəbhədə döyüşmək istəyən gənclərimiz informasiya müharibəsinin əsgərləri kimi davranmalıdırlar.

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv