Ermənilər Dondar Quşçuda evə mərmi atdılar - FOTOREPORTAJ

media-hightechnic-468x90

Bu gün səhər saat 04:00 radələrindən etibarən Ermənistan silahlı bölmələri Tovuz rayonu istiqamətində təxribat törədib.

Oxu.Az-ın cəbhə xəttinə ezam olunan əməkdaşı xəbər verir ki, təxribat zamanı mülki sakinlər hədəf alınıb.

Ermənilər Tovuz rayonunun Dondar Quşçu kəndinin sakini Taryel Abdullayevə məxsus evin həyətinə mərmi atıblar.

Zərbə nəticəsində ev tamamilə dağılıb. Xoşbəxtlikdən təxribat zamanı ölən və yaralanan olmayıb.

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600