!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər Ermənistanda baş verənlərdə separatçıları GÜNAHLANDIRDI - VİDEO

!Reklam – Yazi

“Bütün günahlar Qarabağ ermənilərindədir”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan vətəndaşı olan qadın Qarabağ erməniləri haqqında jurnalistlərə öz fikirlərini bildirərkən deyib.

Erməni qadın baş verən bütün bədbəxtliklərdə Qarabağ separatçılarını günahlandırıb.

“Bizim bu gün başımıza gələn müsibətlərdə keçmiş rəhbərlər günahkardır. Birinci növbədə Qarabağ ermənilərinin liderlərini günahlandırıram. Onların günahı ucbatından biz bu əraziləri itirdik.

Gənc oğlanların ölümündə də onlar təqsirkardır.

Erməni xalqı satqın xalqdır. 30 il müddətində keçmiş rəhbərlər ancaq ölkəni qarət etməklə, talamaqla,dağıtmaqla məşğul olublar. Nikol Paşinyan nədə günahkardır? Çünki o, bunları bilə-bilə hakimiyyətə gəldi. Öz çiyinlərinə ağır yük götürdü.

Paşinyanın da səhvləri var. O icazə verməməli idi ki, bizim gənc oğlanlarımız Qarabağa görə vuruşsunlar və ölsünlər.

Sonda biz nə əldə etdik? Heç nə! Qarabağ Azərbaycanın oldu. İndi biz hansı yolla olursa-olsun, Qarabağ ermənilərini də saxlamalıyıq. Bilirsinizmi, bunlar nə ilə qurtaracaq? Onunla ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri bir-birini qıracaq və öldürəcək”.

Xuraman Etibarlı

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv