!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin ABŞ-dən deportasiyası: "Tramp belə addımlarla öz nüfuzunu..."

!Reklam – Yazi

“Burada ABŞ-nin Ermənistana qarşı təzyiq aləti kimi istifadə etməyə çalışması da mümkün ola bilər”.

Bunu ermənilərin ABŞ-dən deportasiyasının hansı mesajları ehtiva etdiyi barədə fikirlərini səsləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilərin ABŞ-dən deportasiyası mövcud administrasiyasının indiki Ermənistan hökumətinə mesajdır:

“Mesajın nə xarakter daşıdığı və nəticədə hansı siyasi nəticələr verəcəyi özü belə bir sual doğurur. Xeyli qarışıq məqam mövcuddur. Erməni diasporunun gücü çatmır desək, yanılarıq. Çünki erməni diasporunun nümayəndələri konqresdə, hətta ABŞ Prezidenti Donald Trampın komandasında belə var.

Trampın özbaşına belə qərarlar verəcəyi məsələsinə gəldikdə isə o ya verdiyi açıqlamaları boynuna almır, ya da əksini söyləyir. Qısacası, fərqli vəziyyət yaranıb. Bir müddət sonra proseslərin nədən ibarət olduğunu aydın şəkildə biləcəyik.

Burada ABŞ-nin Ermənistana qarşı təzyiq aləti kimi istifadə etməyə çalışması da mümkün ola bilər. Eyni zamanda, cinayət törədib ABŞ-yə qaçan şəxslər ola bilərlər ki, onları geri qaytarmaqla bir növ yenə də bacarıq sərgiləmiş olacaqlar. Bir sözlə, bu məsələnin nədən ibarət olduğunu zaman göstərəcək. Amma belə addımlarla Tramp öz nüfuzunu daha sərt şəkildə göstərməyə çalışır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

90
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv