Ermənistan Silahlı Qüvvələri dinc əhalini, evləri atəşə tutmaqda davam edir.
Yenicag.az-ın məlumatına görə, düşmən qüvvələri kəndləri iriçaplı silahlardan, toplardan və digər artilleriya qurğularından istifadə etməklə atəşə tutur. Xüsusilə də Tovuzun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacalı kəndləri bu gün gecə saat 4-dən etibarən ağır artilleriyalarla atəşə tutulub. Atəş nəticəsində kənd sakinlərinə ciddi maddi ziyan dəyib.
Baş Prokurorluq Ermənistanın silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlayıb.
Qeyd edək ki, açılan atəşlər nəticəsində Tovuz rayonunun Ağdam kənd sakini Əzizov Əziz İzzət oğlu həlak olub. Əziz Əzizovun qızı Zərnişan Gözəlova Trend-ə açıqlamasında bildirib ki, ayın 12-də atası ilə telefonla danışıb sağollaşandan dərhal sonra ermənilər evi mərmi atəşinə tutub, Ə.Əzizovu öldürüblər.