Ermənilərin Rusiyada satmaq istədikləri çiyələk zəhərli çıxdı

media-hightechnic-468x90

Ermənilərin Rusiya bazarlarına satmaq üçün gətirdikləri çiyələklərin tərkibində insan orqanizmi üçün zərərli maddələr aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı yazıb.

Məlumata görə, avqustun 21-də yoxlama üçün seçilmiş dörd tonluq partiyada trifloksistrobin və tebukonazol pestisidlərinin miqdarı yoxlanılıb.

Bildirilib ki, çiyələklərdə endokrin sistemini məhv edən təhlükəli pestisid – tebukonazol aşkar edilib. Məhsul paytaxtla yanaşı, Rusiyanın digər vilayətlərində də satılmalı imiş.

Qeyd edək ki, avqustun 16-da gətirilən çiyələk partiyasında da pestisid bupirimatın miqdarının çox olması ilə bağlı məlumat yayılmışdı./axar.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05