!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin SON TƏXRİBATI: "Azərbaycan rusların müvəqqəti nəzarəti altında olan ərazilərdən..." - Hərbi ekspert

!Reklam – Yazi

“Atəşkəs elan olunan gündən lokal xarakterli atəşkəsin pozulması, erməni təxribatlarına müəyyən siyasi bəyanatların olacağını ehtimal edirdik və bu hər gün öz əksini tapmaqda davam edir”.

Bunu Şuşa istiamətində atəşkəsin pozulması, yenidən müharibənin olacağı ehtimallarının yaranmasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Ədalət Verdiyev bildirib ki, rusların müvəqqəti nəzarəti altında olan ərazilərdən Azərbaycan əsgərinə atəş açılması birbaşa Azərbaycanı geniş miqyasda olmasa da, məhdud miqyasda əməliyyatlar keçirməyə vadar edir:

“Hesab edirəm ki, bu təxribatlar davam edəcəksə, ermənilər istəklərinə nail olacaqlar. Təxribatlar olacağı barədə məlumatlar müdafiə nazirinin 3 gün öncə verdiyi göstərişlərdə öz əksini tapırdı. Demək ki, Azərbaycanın kəşfiyyat və xüsusi xidmət orqanlarının əlində erməni təxribatlarına dair bəlli siqnallar var idi. Bu günə qədər müdafiə nazirinin dilində rusların müvəqqəti nəzarətində olan ərazidən təxribatlara adekvat cavab veriləcəyinə dair açıqlamaları izləməmişdik. Görünür, artıq yeni bir vəziyyət formalaşıb. Azərbaycan tərəfi artıq rusların müvəqqəti nəzarəti altında olan ərazilərdən gələn təxribata adekvat cavab verməyi mümkün hesab edir. Yaxın saatlarda, ən geci bir-iki gündə erməni tərəfinin həmin ərazidə verdiyi itkilər barədə erməni mətbuatında məlumatları izləyəcəyik. Bu o demək deyil ki, məsələ bununla bitəcək. Azərbaycan tərəfi həmin ərazilərə kifayət qədər güc toplayıb. Bu güc və vasitələrin toplanılması ermənilərə tutarlı cavab vermək məqsədi daşıyır”.

Səxavət Məmməd

www.yenicag.az

1312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv