!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin SON TƏXRİBATLARI: "Azərbaycan ərazisindəki terror dəstəsi məhv edilməlidir"

!Reklam – Yazi

“Ermənistan faktiki olaraq bizim tarixi torpaqlarımızda dövlət qurub, biz o bölgələri də götürməliyik”.

Bu sözləri Qarabağ ətrafında baş verən proseslər və düyünün həll yolunu dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, məsələ ancaq güc yolu ilə həll ola bilər:

“Erməni terror dəstəsi ordu formasında Azərbaycan ərazisindədir. Dəfələrlə demişik ki, bu məsələ istənilən vaxt problem yarada, partlaya bilər. Təəssüf ki, beynəlxalq ictimayət buna göz yumub. Dünyanın gözü önündə terrorçulara, separatçı qüvvələrə fərqli münasibət bəslənilir. Azərbaycanın nəinki ərazi bütövlüyünə hörmət edilir, Azərbaycanın ərazi bütövlüyünün pozulması üçün cəhdlər edilir. Belə olan halda Azərbaycan ərazi bütövlüyünü qorumalıdır. Ərazisindəki terrorçular məhv etməlidir.

Hamı sülhdən danışanda biz deyirdik ki, müharibəyə hazır olmalıyıq. Biz antiterror əməliyyatına hazır olmalıyıq. Eyni zamanda prosesi sərhəddən kənara çəkilməsinə yol verməməliyik. Azərbaycan-Ermənistan sərhədində ermənilər təhlükə törədir.

Ermənistan faktiki olaraq bizim tarixi torpaqlarımızda dövlət qurub. Biz o bölgələri də götürməliyik. Məsələ yalnız güc yolu ilə həll olunmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv