Ermənipərəst sekta azərbaycanlı ilahiyyatçını təhdid edir

media-hightechnic-468x90

10563010_1012970962096084_4685917576861407671_nHarun Yahyanın və onların burada pul verdiyi adamların təhlükəli olması haqqında mediada yazım getdikdən sonra onların təzyiqinə və hədələrinə məruz qalıram. Artıq onlar mənim bütün sosial şəbəkələrdə olan fəaliyyətimi izləyərək mənim günahımı axtarmağa başlayırlar.

Belə ki, onun xidmətçilərindən və qullarından biri olan, Ramil Rustəmov adlı facebook istifadəçisi mənim intiqarmda olan səhifəmə baxaraq oradan evdə uşaqların bəyəndiyi bir şəkili götürərək öz Harunçular çevrəsində yayıb ki, guya mən hansısa bir qızın şəklini bəyənmişəm. Qeyd edim ki, həmişə instaqram səhifəmdə evdə uşaqlar öz şəkillərini yerləşdirir və xəbərim olmadan kiminsə səhifəsinə daxil olaraq başqa şəkilləri bəyənirlər. Ola bilsin ki, balaca uşaqlar evdə mənim xəbərim olmadan instaqramda yerləşən bir qızın şəklini bəyəniblər. Bunu yayaraq məni günahkar çıxarmaq istəyirlər. Üstəlik üstümə belə bir böhtan da qoyurlar ki, guya mən yer kürəsinin sabit olduğunu deməklə Darvin nəzəriyyəsini dəstəkləyirəm. Halbuki Qurani Kərimdə Allah təala yerin sabit olduğunu Yasin surəsində bizə bildirmişdir. Bu sadəcə onların uydurmasıdır. Hamımız bilirik ki, darvin nəzəriyyəsi böyük islam alimləri tərəfindən çürüdülmüş, hətta guya Harun yahyanın da burada rolu olmuşdur.

Təbiidir ki, Harun Yahya da islam alimlərinin fikirlərini demişdir. Xülasə olaraq artıq bunlar mediaları vasisəsi ilə məni qaralamağa çalışırlar. Ancaq mən Allahdan gəlmiş və Allaha qayıdacağam. Bu səbəblə onun ələ aldığı qız və oğlanlar mənə hücum etməklə yalnız özlərinə zərər vurmuş olacaqlar. Bütün müsəlmanlar əmindirlər ki, ermənilərə dəstək duran xarici qüvvələr bizim xalqımızın birliyini, möhkəmliyini poza bilməzlər. Buna bizim özümüz, müsəlman olaraq camaatımız da heç vaxt razı olmaz. Xüsusi ilə aidiyyatlı dövlət qurumları da bu məsələdə ciddi ölçü götürərək xarici düşmən qüvvələrin səfimizdə ürək bulandırmasına icazə verməzlər.

Öz çevrlərində mənə böhtan ataraq təkamülçü və Darvinçilikdə ittiham edirlər. Şəkilimin aşağısında demədiyim sözlərdə və cümlələrdə yalan sözlər və cümlələr deyərək məni ittiham edirlər. Halbuki islam təkamülü və Darvini inkar edir və mən də elə fikirdə deyiləm.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600