Ermənistan 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqlədi

media-hightechnic-468x90

Ermənistanın Müdafiə Nazirliyi 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bir qədər əvvəl diversantların Azərbaycan ərazisinə keçdiyi təkzib edilirdi. Lakin Azərbaycan DSX-nin açıqlamasından sonra fakt etiraf edilib.

Qeyd edək ki, ötən axşam bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib. Ordumuz tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib və iki diversant saxlanılıb.

DSX-dən Yenicag.az-a verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05