!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan Azərbaycanla razılaşmadığına görə deyə bilməz ki, sərhədimi pozur" - REAKSİYA

!Reklam – Yazi

“Azərbaycan Ermənistanın daxilinə doğru irəliləyə bilər və buna heç kəs qarşı çıxa bilməz”.

Bunu Azərbaycanla Ermənistan arasında baş vermiş sərhəd toqquşmasından sonra beynəxlaq aləmin reaksiyası haqqında danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan üçün heç bir təhlükə yoxdur:

“Azərbaycan beynəlxalq hüquqa uyğun addımlar atıb. Dövlətə qarşı, xalqına qarşı olan təhlükələri aradan qaldırmaq üçün tədbirlər görüb. Ermənistan ərazisindəki hərbi obyektlərin məhv edilməsi beynəlxalq hüquqa və təcrübəyə uyğundur. Buna görə də heç kəs Azərbaycanı nədəsə qınaya bilməz. Qazaxıstan xarici işlər nazirinin bəyanatında da açıq şəkildə deyilir ki, Azərbaycanla Ermənistan arasında sərhəd müəyyən edilmədiyi üçün sərhəd pozulmasından söhbət gedə bilməz. Yəni Azərbaycan Ermənistanın daxilinə doğru irəliləyə bilər və buna heç kəs qarşı çıxa bilməz. Çünki Ermənistan Azərbaycanla razılaşmadığına görə deyə bilməz ki, Azərbaycan sərhədimi pozur”.

Səxavət Məmməd

www.yenicag.az

2167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv