Ermənistan konstitusiya dəyişikliyinə GEDİR? – “Paşinyan artıq tapşırıqlar verib”

media-hightechnic-468x90

“Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı qərarın verilməsi Cənubi Qafqazda əbədi sülhün təminatı olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

media-sahil_kerimli2234

Analitik Ermənistan mətbuatında konstitusiya dəyişiklikləri ilə bağlı yaxın zamanda baş nazirin göstəriş verəcəyi ilə bağlı iddiaları şərh edib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əsas tələb Ermənistan konstitusiyasında dəyişikliklər edilməsidir:

“Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün bundan əvvəl ABŞ-də keçirilən görüş və imzalanan bəyanatla öz üzərinə bu öhdəliyi götürdü. Azərbaycan tezliklə Ermənistandan konstitusiyasına dəyişikliklər etməklə bağlı addımı gözləyir. Bu proses tez və operativ formada həyata keçirilməlidir. Çünki sülh müqaviləsinin imzalanması nə qədər gecikdirilsə, bir o qədər Cənubi Qafqazda sülh və təhlükəsizliyin əldə olunması ləngiyə bilər. Xüsusilə də kənar qüvvələrin, siyasi dairələrin bu məsələdə pozucu fəaliyyətini nəzərə alsaq, burada biz Rusiya və İran məlum olduğu kimi müəyyən müdaxilələr edə bilər, müəyyən təxribatlar törədə bilər”.

S. Kərimli qeyd edib ki, Ermənistanda konstitusiya dəyişiklikləri edilər və referendum keçirilərsə, Cənubi Qafqaza əbədi sülh gələcək:

“Ona görə də maraqlı qüvvələrin mənfi və ya pozucu müdaxilələrinin qarşısını almaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması təcili həll olunmalıdır. Buna görə də Ermənistanın konstitusiyasında dəyişikliklər edilməlidir. Konstitusiya dəyişiklikləri tez bir müddətdə həyata keçirilməlidir. Biz artıq Ermənistan Baş nazirinin bu istiqamətdə müəyyən müsbət addımlarını görürük. Paşinyan artıq konstitusiya dəyişiklikləri ilə bağlı hazırlıq işləri görülməsi ilə bağlı tapşırıqlar verib. Konstitusiyanın yeni mətninin hazırlanması, ictimai müzakirəyə çıxarılması, referendum təyin olunması tez bir müddətdə həyata keçirilməlidir. Yalnız konstitusiya dəyişiklikləri edildiyi halda, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini imzalayacaq ki, bu da Cənubi Qafqazda əbədi və dayanıqlı sülhün əldə olunmasına gətirib çıxaracaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa