!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan KTMT-nin daha iki təlimindən imtina etdi – Rusiya İrəvana qarşı hansı addımları ata bilər?

!Reklam – Yazi

“Ukrayna cəbhəsində vəziyyət düzələn kimi Rusiyanın edəcəyi ilk iş Ermənistanla məşğul olmaqdır”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın növbəti dəfə KTMT-nin təliminə qatılmayacağının Rusiya ilə münasibətləri hansı limitə qədər dalana dirəyəcəyindən danışan politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, gərginləşən Rusiya-Ermənistan münasibətlərinin artıq geriyə dönüş yolu yoxdur.

“Ermənistan ardıcıl olaraq Rusiyadan uzaqlaşmaq və Qərbə yaxınlaşmaq istiqamətində addımlar atır. Kreml anlayır ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu müddətcə münasibətlər pisləşməyə davam edəcək. Lakin müxtəlif planlar üzrə hərəkətə keçilsə də elə Keşiş Baqratın üsyanları kimi nəticəsiz qalır. Bu vəziyyətdə Rusiya hansı addımlar ata bilər?

İlk olaraq nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistana qarşı istifadə edə biləcək xüsusilə iqtisadi olmaqla kifayət qədər rıçaqları var. Ancaq Ukraynada aparılan müharibə səbəbindən Rusiya hazırda ikinci cəbhəni açmaq istəmir. Qərbin isə tam olaraq marağında olan proses Ermənistanda cəbhənin açılmasıdır. Bu səbəbdən hələlik Rusiyanın səbr etməkdən başqa yolu yoxdur.

Paşinyan Rusiyanın Ermənistana hansı zərbələri vurmaq iqtidarında olduğunu bilsə də hələ ki, münasibətləri gərginləşdirməyə davam edir. Ukrayna cəbhəsində vəziyyət düzələn kimi Rusiyanın edəcəyi ilk iş Ermənistanla məşğul olmaqdır”, – deyə politoloq bildirib.

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib.

Ermənistan həmçinin KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv