Ermənistan ordusu Tavuşdan GERİ ÇƏKİLİR? – “Bunu ona görə edirlər ki...”
“Ermənistan üzərindən təhlükəli oyunlar oynamaq istəyən qüvvələr var”.
Bu sözləri Ermənistan ordusunun Tavuş istiqamətindən geri çəkiləcəyi barədə yayılan iddiaları Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistan müxalifəti Paşinyanı zərbə altına qoymaqda maraqlıdır:
“Ermənistan tərəfinin torpaq verəcəyi inandırıcı deyil. Özü də həmin ərazi strateji yerdir. Bu iddiaları erməni müxalifəti yayır. Bunu ona görə edirlər ki, Baş nazir Nikol Paşinyan nüfuzdan düşsün və istefaya getsin”.
“Ermənistanda bəzi qüvvələr bölgədə müharibənin olmasında maraqlıdır. Ona görə də hər gün yeni iddialar ortaya atırlar. Azərbaycan tərəfi çox ehtiyatla yanaşmalıdır. Çünki hazırda Ermənistan üzərindən təhlükəli oyunlar oynamaq istəyən qüvvələr var”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd