Düşmən ordusunda daha dörd cinayət hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, işğal olunan Ağdərə yaşayış məntəqəsində yerləşən Ermənistan ordusunun bölmələrindən birində qarşılıqlı nizamnamə münasibətlərinin pozulmasına görə həbs olunan hərbi qulluqçular David Bağikyan, Aşot Ğantarcan və kiçik çavuş Aşot Gevorkyan barəsində cinayət işi açılıb.
Ermənistan mətbuatlının yaydığl xəbərə görə, hərbi qulluqçu Zakaryan isə kobud intizam pozuntusuna yol verdiyi üçün həbs edilib.
www.yenicag.az