İspaniya DÇ-2026-nın qalibi oldu
İspaniya futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək qızıl medallara sahib çıxıb.
Yenicag.az-ın məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıblar.
Qalibiyyət qolu əlavə vaxtda vurulub. 106-cı dəqiqədə Ferran Torres qapını dəqiq nişan alıb.
Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu olub.
Qeyd edək ki, üçüncü yer uğrunda matçda İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gəlib.













