Ermənistan parlamentində DAVA – Koçaryanın oğlunu ÇÖLƏ ATDILAR

media-hightechnic-468x90

 

Ermənistan Milli Məclisində “Hayastan” fraksiyasının deputatı Levon Koçaryanın (Robert Koçaryanın oğlu – red.) çıxışından sonra parlament sədrinin müavini Hakob Arşakyan əsəblərinə hakim ola bilməyib və qeyri-adi tonda deputata qarşı sərt ifadələr işlədib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Arşakyan gözlənilmədən çıxış edərək Koçaryana hədə-qorxu gəlib:

“Özünü bil, Levon, otur yerində və qulaq as, gör, sənə nə deyirəm? Sakitləş bir az, çıx buradan, bu nə həyasızlıqdır?! Otur yerində və danışma! İndi çıxarıb səni zalın çölünə atacağam. Sən mənim çıxışımı pozursan, Levon. Sənin çıxışın mənim üçün xoş deyildi, amma mən səni yarımçıq kəsmədim”, – deyə Arşakyan bildirib.

Hadisə parlamentdə qızğın debatlar zamanı baş verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600