Ermənistan Parlamentinin sədri Rusiya XİN-ə narahatlığını bildirib
Ermənistan Parlamentinin sədri Rusiyaya narahatlıqlarını çatdırıb
Yenicag.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri, Vətəndaş Müqaviləsi Partiyasının üzvü Alen Simonyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Ermənistan hökumətinin narahatlıqlarını bölüşüb.
Simonyan deyib ki, görüş zamanı həm sual-cavab, həm də investisiyalardan tutmuş “Ermənistan Mədəniyyət Günləri”nə qədər bir sıra vacib məsələlər müzakirə olunub.
Görüş 1 saat 40 dəqiqə davam edib.
O, həmçinin ABŞ-Ermənistan TRIPP layihəsi və digər infrastruktur layihələri barədə qısa məlumat verildiyini qeyd edib.
Simonyanın sözlərinə görə, Lavrov Ermənistanın narahatlıqlarına cavab verib və Rusiyanın mövqeyi onun açıqlamaları ilə uyğun olub.
Spiker əlavə edib ki, görüşdə həm Ermənistanın, həm də Rusiyanın narahatlıqları müzakirə olunub və Lavrov qarşıdan gələn seçkilərdə hakim fraksiyaya uğurlar arzulayıb.
Nəsimi Ələsgərli












