Ermənistan seçim qarşısında: “Paşinyanın seçkidə qalib gəlməsi reallığı kökündən dəyişməyəcək”

media-hightechnic-468x90

“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, Azərbaycan əleyhinə ritorikanın dozası daha da artır. Bu, yeni hal deyil. Müxtəlif dövrlərdə revanşist qüvvələr ölkəmizə qarşı saysız-hesabsız ittihamlar səsləndirib, yalançı təbliğat aparıblar”.

 

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

media-screenshot_5

Millət vəkilinin sözlərinə görə, bu gün erməni mətbuatı və parlamentdəki müzakirələrə nəzər saldıqda, bəzi deputatların açıq şəkildə Azərbaycanı işğalçılıqda ittiham etməsi və cəmiyyəti nifrət dolu çağırışlarla qızışdırması diqqət çəkir:

 

“Bu isə onu göstərir ki, Ermənistanda radikal düşüncə hələ də siyasi sistemin ayrılmaz hissəsidir. Məlumdur ki, dövlətlərarası münasibətlərdə əsas rol müqavilələrə aiddir. Lakin parlamentdə – yəni qanunverici orqanda bu cür iddiaların səsləndirilməsi birbaşa cəmiyyətə siqnal verir. Əgər ölkənin seçilmiş deputatları açıq şəkildə Azərbaycanı hədəfə alırsa, bu, xalq arasında nifrətin dərinləşməsinə və gələcək barışıq imkanlarının zəifləməsinə səbəb olur. Ermənistan hələ də müharibə psixologiyasından çıxmaq istəmir. Paşinyanın seçkilərdə qalib gəlməsi belə, bu reallığı kökündən dəyişməyə yetməyəcək”.

 

Hüseynov əlavə edib ki, Ermənistan parlamentində revanşist qüvvələrin təmsil olunması qaçılmazdır:

 

“Onlar ikitərəfli münasibətlərin qurulması, sərhədlərin açılması və regionun iqtisadi inteqrasiyası kimi məsələlərdə daim əngəl törədə, hətta təhlükəli addımlar ata bilərlər. Deməli, Paşinyanın qarşısında duran əsas vəzifə təkcə hakimiyyəti qorumaq deyil, həm də erməni siyasi sistemində kök salmış xəstə ideologiyanı dəyişməkdir. Amma sual budur: Paşinyan buna qadir olacaqmı? İllərlə formalaşdırılmış düşmənçilik ideologiyası, saxta tarix və qəhrəmanlıq mifləri bir neçə bəyanatla yoxa çıxmaz. Xəstə cəmiyyətin sağalması üçün uzunmüddətli islahatlar, düzgün təhsil və sağlam informasiya siyasəti lazımdır. Əks halda, revanşist qüvvələr hər zaman özlərinə tərəfdar tapacaq, Azərbaycanla normallaşma prosesinə mane olacaqlar. Ermənistanın qarşısında iki yol qalır: ya bu reallığı qəbul edib sağlam cəmiyyət qurmaq, ya da əsassız iddialar içində özünü beynəlxalq təcridə sürükləmək”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa