"Ermənistan tərəfi diplomatik münasibətlər qurmağa hazırdır" - Simonyanın müavini

media-hightechnic-468x90

“Birgə addımlar atmışıq, Marqara keçid məntəqəsini təmir etmişik, hər şeyi etmişik və Türkiyə tərəfindən bu razılaşmanın həyata keçirilməsini gözləyirik”. 

Yenicag.az xəbər verir ki, bunu Ermənistan parlamenti sədri Alen Simonyanın müavini Ruben Rubinyan deyib.

“Biz bu barədə razılığa gəldik, bir daha təsdiqlədik, lakin indiyə kimi həyata keçirilməyib və bu, bizim günahımız deyil. Ümumiyyətlə, nizamlanma prosesi davam edir, Ermənistan tərəfi sabah açıq sərhədlərə və diplomatik münasibətlər qurmağa hazırdır”, – deyə o bildirib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa