Ermənistan XİN: “Azərbaycana ilkin şərt qoymuruq”

media-hightechnic-468x90

“Ermənistan sülh sazişinin bağlanması ilə bağlı danışıqlar prosesinə başlamaq üçün Azərbaycana ilkin şərt qoymur və Bakıdan da analoji mövqeni gözləyir”.

Yenicag.az xəbər verir ki, bu barədə çərşənbə günü parlamentdəki hökumət saatında ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Mirzoyan vurğulayıb ki, Ermənistan danışıqlar prosesi zamanı “xalqların öz müqəddəratını təyin etmək hüququnu” qoruyacaq.

Qeyd edək ki, bir müddət öncə Ermənistan XİN bəyan etmişdi ki, İrəvan yuxarıda qeyd olunan sazişin imzalanması ilə bağlı Bakı ilə danışıqların təşkili üçün ATƏT-in Minsk qrupuna müraciət edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600