!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan yenə də STULLARI DƏYİŞİR – Dünən ABŞ, Avropa, bu gün isə Rusiya...

!Reklam – Yazi

“Ermənistanda dünənə qədər Avropaya, ABŞ-yə meyl edirdilərsə, bu gün Rusiyaya meyl edilir”.

Bu fikri sülh müqaviləsinin imzalanacağı gözlənildəyi halda atəşkəsin pozulmasının siyasi səbəblərini Yenicag.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin dəyişkənliyi narahatedicidir:

“Ermənistanın mövcud hakimiyyətinin Azərbaycanla sülh müqaviləsi meylləri görünür. Ancaq faktiki olaraq Paşinyan orduya nəzarət edə bilmir. Ermənistan ordusu bu və ya digər dövlətlərin təsiri altında olan ordudur. Rusiya və İran istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasın. Bütün hallarda məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. Çünki Paşinyanın nəzarətində olmayan qüvvələr atəşkəsi pozur. Əgər bunun arxasında Paşinyan hökuməti dayanıbsa, pisdir, orduya nəzarət edə bilmirsə, bu daha pisdir. Ona görə də Paşinyan hakimiyyəti məsuliyyət daşıyır”.

“Azərbaycan sülhə sadiqdir. Ancaq Paşinyan mövqeyini tez-tez dəyişir. Dünənə qədər Avropaya, ABŞ-yə meyl edirdilər, bu gün isə Rusiyaya. Bu dəyişkənlik narahatedicidir. Eyni zamanda, Ermənistanın silahlanması prosesi davam edir. Bütün hallarda bu məsələyə optimist yanaşıram. Yaxın zamanda çərçivə sazişi olsa belə, hansısa sənədlər imzalana bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

www.yenicag.az

148
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv