!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistana minalarla bağlı donor yardımı dayandırılıb” - Ekspert

!Reklam – Yazi

Qarabağ müharibəsindən sonra cəbhə xətti boyunca mülki vətəndaşlar üçün mina təhlükəsi hələ də qalmaqdadır. Bunun nəticəsidir ki, yanvarın 14-də Füzuli sakini tank əleyhinə minaya düşərək həlak olub. Eyni zamanda ermənilər pilotsuz uçan aparat vasitəsilə uşaq oyuncağı formasında hazırlanan partlayıcını Azərbaycan tərəfinə keçirtməyə cəhd göstərdi. Ümumilikdə, bu kimi son hadisələr barədə beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıbmı?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov ermənilərin təxribat xarakterli partlayıcı maddənin Azərbaycan tərəfinə ötürməsi faktı ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunduğunu diqqətə çatdırıb:

Hafiz Səfixanov ile ilgili görsel sonucu“Əslində, bu sahə bizim fəaliyyət istiqamətimizə daxil deyil. Biz əsasən minalar və kassetli silahlarla bağlı fəaliyyətimizi həyata keçiririk. Buna baxmayaraq, əlaqədə olduğumuz beynəlxalq təşkilatları mütəmadi məlumatlandırırıq. Son olaraq, yanvarın 14-də Füzuli rayonunda baş verən hadisə ilə bağlı məlumat göndərmişik. Və qeyd edim ki, ilin əvvəlində bu hadisənin baş verməsi çox üzücüdür.

Onu da deyim ki, sırf mina və kassetli silahlarla əlaqədar olmayan məlumatları beynəlxalq təşkilatlara göndərdikdə, onlar şablon şəkildə “təəssüf edirik” deyə, cavab verirlər. Amma sırf bizim sahə ilə bağlı məlumatlar onlar tərəfindən toplanır və illik hesabatlarda öz əskini tapır”.

H.Səfixanov deyib ki, görülən işlərin nəticəsi olaraq, Ermənistana ciddi təzyiq forması var:

“Aparılan işin nəticəsi odur ki, Ermənistana minalarla bağlı donor yardımı dayandırılıb. Bəlkə də bizim göndərdiyimiz hesabatlar ilk baxışdan təsirsiz görünür. Amma bu sahə ilə məşğul olan beynəlxalq qurumlar hadisələri qeydə alır və araşdırırlar”.

 

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv