Ermənistana sanksiyalar tətbiq oluna bilər?

media-hightechnic-468x90

1416940774_elman-1_1403933760bghfbcvElman Nəsirov: “Ermənistanın aqressiv siyasətinə adekvat…”

Bildiyimiz kimi, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələr məqsədilə Almaniya Federativ Respublikasında səfərdə olub. O burada Almaniya xarici işlər nazirinin müavini, dövlət katibi Dr. Markus Ederer ilə görüşüb. Görüşdə X. Xələfov Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlara son qoyulması və Avropa İttifaqının, o cümlədən Almaniyanın Dağlıq Qarabağ separatçılarına sanksiyalar tətbiq etməsinin vacibliyini vurğulayıb. Görəsən, Ermənistana və Dağlıq Qarabağ separatçılarına sanksiyalar tətbiq etmək mümkündürmü? Bunun üçün nə kimi imkanlar yaranıb? Politoloq Elman Nəsirov Yenicag.az-a açıqlamasında bu istiqamətdə imkanların yarandığını istisna etmədi: “Avropa Şurasının hələ keçən ilki payız ssesiyasında Ermənistana sanksiyalar tətbiq edilməsi məsələsi ətrafında geniş müzakirələr getmişdi. Azərbaycan diplomatiyası indiki halda, yəni Rusiyaya qarşı beynəlxalq qurumların sanksiyalar tətbiq etməsi reallığı fonunda, istisna deyil ki, Bakı da bu istiqamətdə müəyyən nəticlər əldə etsin. Çünki, presedent var. İlhaq aktına görə Rusiya belə sanksiyalara məruz qalırsa, Azərbaycan ərazisinin bir hissəsi də 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin müvafiq sənədi də var. Bütün bunların hamısı prinsip etibarı ilə Ermənistana qarşı sanksiya rejimini işə salmaq üçün əsas verir. Sadəcə, bu məsələnin mürəkkəbliyinin də fərqindəyik. Dünya erməni lobbisi və diasporasının fəaliyyəti buna imkan vermir. Amma bu heç də əlimizi-qolumuzu soyutmamalıdır. Proses davamlı mübarizə tələb edir. Xoş haldır ki, Almaniyanın Dağlıq Qarabağ münaqişəsinə yanaşmasında obyektivlik özünü cəlb edir. Almaniya kansleri Azərbaycan prezidenti ilə görüşündə qeyd etmişdi ki, ölkəsi Minsk qrupunda həmsədr olmaq istəyir. Onlar habelə, atəşkəs rejiminin pozulmasında birbaşa Ermənistanı ittiham etmişdi. Xarici işlər nazirinin müavini Xələf Xələfovun Almaniyalı həmkarı ilə təmasında da bu məsələlər gündəmə gəlib. Bütün bunları nəzərə alıb hesab edirəm ki, Ermənistanın aqressiv siyasətinə adekvat cavab olaraq beynəlxalq birliyin ona qarşı sanksiyalar rejimini tətbiq etməsi üçün imkanlar var. Yeni imkanlardan maksimum faydalanmaq lazımdır. Presedentlər artıb. Eyni zamanda, Almaniyanın timsalında Avropa İttifaqının lokomotiv dövlətinin münaqişə ilə bağlı mövqeyində obyektivlik daha çox hiss olunur. Belə olan halda, hesab edirəm ki, hədəfə çatmaq üçün yeni imkanlar var və ondan maksimum faydalanmaq lazımdır”. Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600