!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistana vurulacaq TƏRS SİLLƏ: “Eyni vaxtda bir neçə “stul”da oturmaqla...”

!Reklam – Yazi

“Fransa ona yaxın olan dövlətləri də Azərbaycana qarşı hərəkətə gətirməyə çalışır”.

Bu fikirləri Fransanın Azərbaycana qarşı atdığı son addımları və onların səbəblərini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Fransa hakimiyyəti həm də növbəti seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün Azərbaycanı hədəfə götürüb:

“Hazırda Fransa və ABŞ seçkilər ərəfəsindədir. Bu ölkələrin hakimiyyətdə olan siyasi qüvvələri gözlənilən seçkilərdə ermənilərin səsini qazanmaq üçün onları razı salacaq addımlar atmağa cəhd göstərirlər.

Bunu başa düşən erməni lobbisi də çalışır ki, hər iki ölkədə keçiriləcək seçkilərə maksimum təsir imkanı əldə etsin. O baxımdan, vaxtilə Sarkozini barmağına dolayan erməni lobbisi indi də Makrondan oyuncaq kimi yararlanır.

Ümumiyyətlə, Fransa bu məsələdə həm də xristian təəssübkeşliyindən çıxış edir. Ancaq istənilən halda rəsmi Parisin Azərbaycana qarşı mövqeyinin heç bir məntiqi əsası yoxdur.

Fransa ona yaxın olan dövlətləri də Azərbaycana qarşı hərəkətə gətirməyə çalışır. Lakin bu siyasətin heç bir perspektivi yoxdur və ola da bilməz. Konkret desək, Fransanın və onun mövqeyini təkrarlayan ölkələrin Azərbaycana qarşı əks addımlarının heç bir nəticəsi olmayacaq.

Azərbaycan öz maraqlarına uyğun siyasətini bundan sonra da ardıcıllıqla davam etdirəcək. Ermənistan isə eyni vaxtda bir neçə “stul”da oturmaqla, müxtəlif ölkələrin onu bu vəziyyətdən çıxaracağına yersiz ümid bəsləyir. Artıq ermənilərin əsas himayədarı olan Rusiya da onların gerçək üzünü gördü. Düşünürəm ki, Ermənistan bu siyasətinin sonunda tərs sillə alacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv