!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda Balasanyana qarşı CİNAYƏT İŞİ AÇILDI

!Reklam – Yazi

Balasanyana cinayət işi açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Shamshyan.com” portalı yayıb.

Qarabağda ləğv olunmuş qondarma rejimin “təhlükəsizlik şurası”nın sabiq “rəhbəri”, terrorist Vitali Balasanyan Ermənistanda Baş Polis idarəsinə təslim olub.

İstintaq Komitəsi Balasanyana qarşı qanunsuz silah saxlamağa görə cinayət işinin başlandığını elan edib.

Departamentin mətbuat katibi Qor Abramyan mediaya bildirib ki, Balasanyan “Makarov” tapançasını təhvil verib.

O aydınlaşdırıb ki, bu faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə) ilə iş açılıb. Ona görə azadlıqdan məhrum etmənin maksimum müddəti üç ildir.

Xuraman Etibarlı

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv