Ermənistanda daxili RİSKLƏR: Rusiya “kilsə və oliqarx” kartını İŞƏ SALIR

media-hightechnic-468x90

“Rusiyanın Ermənistana təzyiq etmək imkanları daha çoxdur”.

Bu fikri Azərbaycanla Ermənistan arasında razılığın ABŞ-də əldə olunması və buna qarşı Rusiyanın ata biləcəyi addımları Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

media-zerdust1

O, bildirib ki, Rusiyanın Azərbaycana müdaxilə etmək imkanı çox aşağıdır:

“Hərbi cəhətdən Rusiyanın Azərbaycana müdaxilə etmək imkanı qeyri-mümkündür. Rusiyanın bütün gücləri cəmlənib Ukrayna cəbhəsində. Azərbaycan ordusu da güclüdür və Rusiyanın Azərbaycana qarşı hərbi əməliyyatlar aparaq imkanları çox məhduddur. Ukrayna NATO-ya getmək istəyirdi. Ona görə hücum etdi. Biz NATO-ya getmirik və belə bir əsas yoxdur”.

Onun sözlərinə görə, Rusiyanın Ermənistana təzyiq etmək imkanları daha çoxdur:

“Bu kilsədən, Samvel Karapetyanın, Robert Koçaryanın dəstəsindən və erməni xalqının gənc nəslinin cahilliyi vasitəsi ilə baş verə bilər. Bunlar Rusiyanın kapitalıdır və bu kapitalı xərcləməyə hazırdır. Ancaq Paşinyan da öz növbəsində lazımı tədbirləri görüb. Polis, xüsusi xidmət orqanları nəzarətdədir, kilsəni də yavaş-yavaş bihal edib. Hüquq mühafizə orqanları vasitəsi ilə Robert Koçaryanı zərərsizləşdirməyə hazırdır”.

“Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa və sərhədlər açılsa, seçiklərə Paşinyan daha əli güclü gedə bilər. Trampa gəldikdə, o hamam suyu ilə özünə dost tutur. Onsuzda Ermənistanla Azərbaycan sülh müqaviləsi bağlamağa hazır idi. Tramp da deyir ki, Azərbaycanla Ermənistan arasında sülhü yaxınlaşdırdım. Trampın əsas hədəfi Nobel Sülh Mükafatı almaqdır”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa