!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda DEMOQRAFİK FƏLAKƏT: İşğalçı ordu qadınların ümidinə qalıb

!Reklam – Yazi

“Kişi cinsindən olanların bir qismi mühacirətə, digər qismi isə işləmək üçün müxtəlif ölkələrə üz tutmaqdadırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanda demoqrafik vəziyyətin kəskinləşməsi səbəbindən qadınların hərbi xidmətə çağırılmalarına dair qərarı şərh edən politoloq Qabil Hüseynli deyib.

İşğalçı Ermənistan artıq öz ordusunu komplektləşdirməkdə ciddi problemlə qarşılaşıb. Çağırış yaşlı ermənilərin sayının xeyli azalması, onların əhəmiyyətli hissəsinin isə hərbi xidmətdan yayınmaq üçün müxtəlif vasitələrə əl atmaları işğalçı ölkədə böhrana səbəb olub.

Vəziyyət o dərəcədə kiritk xarakter alıb ki, hətta orduya müqavilə əsasında cəlb etməyə də kişi tapılmır. Həmin təbəqəyə məxsus kişilərin böyük hissəsi ailələrini dolandırmaq məcburiyyətindən müxtəlif ölkələrə səpələniblər.

Bu isə qadınların hərbi xidmətə çağırılmaları məsələsini ciddi surətdə gündəmə gətirib. Hətta Ermənistanın müdafiə naziri David Tonoyan ordunun tərkibində qadınlardan ibarət diviziya yaradılmasına göstəriş verib. Ancaq bu addımın yaranmış “çağırışçı böhranı”nı aradan qaldıracağına ermənilərin özləri də inanmırlar.

Politoloq Qabil Hüseynli saytımıza açıqlamasında bildirib ki, Ermənistanda ölüm səviyyəsinin doğumu üstələməsi işğalçı ölkəni belə bir böhranla üz-üzə qoyub:

“Ermənistanda hərbi xidmətdən yayınma halları son dövrlərdə xüsusilə artıb. Məsələn, əsgərlik yaşı çatan çağırışçılar çalışırlar ki, müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınsınlar. Yaxud da, valideynləri öz övladlarını çağırış yaşına çatmamış ölkədən çıxarmağa üstünlük verirlər.

Bu gün Ermənistan ordusunu komplektləşdirmək üçün insan resurslarında ciddi çatışmazlıq var. Burada demoqrafik proseslərin də mühüm təsiri qeyd edilməlidir. Kasıb erməni ailərində uşaqların sayı adətən, birdən çox olmur. Əgər o bir uşaq oğlandırsa, onu hərbi xidmətdən yayındırırlar.

Eyni zamanda, Ermənistanda demoqrafik problemlər var və özləri də haray qoparırlar ki, ölkədə əhali sürətlə azalmaqdadır. Kişi cinsindən olanların bir qismi mühacirətə, digər qismi isə işləmək üçün müxtəlif ölkələrə üz tutmaqdadırlar. Ölümün səviyyəsi doğumu üstələdiyi üçün əhalinin sayı azalır.

Belə olan halda Ermənistanda ordunu komplektləşdirmək məqsədilə qadınların hərbi xidmətə çağırılması qaçılmaz addımdır. Düzdür, bu zaman qadınları şirnikləşdirirlər ki, onlara maaş verəcəklər, muzdlu əsgər kimi çağıracaqlar və sair.

Qadınlardan snayper kimi və ya müxtəlif məişət problemlərinin həlli üçün istifadə edirlər. Qadınlara ilkin hərbi təlim də keçirlər. Artıq qadınlardan ibarət “Haykanuş” adlı batalyon da yaradılıb. Bütün bunlar onu göstərir ki,

Aqil Bəkir

www.yenicag.az

2012
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv