Ermənistanda qan su yerinə axacaq-Foto

media-hightechnic-468x90

84661Bu dəqiqələrdə İrəvanın mərkəzinə hərbi texnika yeridilir.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, erməni mətbuatı Kiyev prospekti ilə admiral İsakov küçəsini birləşdirən yeni yolla gedən zərehli texnika karvanında iki su vuran avtomobil, zirehli polis maşınları və s. yer alıb.

Erməni mətbuatı hakimiyyətin enerji tariflərinin qalxmasına etiraz əlaməti olaraq keçirilən oturaq aksiyanı dağıtmaq fikrində olduğunu düşünür.

İrəvanın Azadlıq meydanında oturaq aksiya keçirən “Talana yox” vətəndaş təşəbbüsünün üzvləri şənbə günü bildiriblər ki, əgər Ermənistan hakimiyyəti iyunun 22-ə kimi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etməsə “Talana yox” mitinqləri prezident iqamətgahının qarşısına keçiriləcək.

İyunun 19-da oturaq aksiyaya başlamış hərəkat iştirakçıları bildiriblər: “Biz hakimiyyətə 22 iyun saat 19:00-a kimi vaxt vermişik. Əgər həmin vaxta kimi qərar ləğv edilməzsə, saat 19:00-da biz hamımız yerimizdən qalxacağıq və Baqramayan küçəsi, 26 ünvanlı binaya doğru hərəkət edəcəyik”.

Göründüyü kimi, həmin vaxta bir-neçə saat qalıb və yəqin ki, Ermənistan hakimiyyəti qərarı ləğv etmək fikrində deyil və oturaq aksiyanı dağıtmaq istəyir.

İrəvanda Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda “Ermənistanın Elektrik Şəbəkəsi” şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600