Ermənistanda revanşist qüvvələrin aktivləməsində Rusiya amili var - ŞƏRH
“Azərbaycan tərəfi möhkəm dayansa, ermənilər nə qədər cəhd etsələr də, heç nəyə nail ola bilməyəcəklər”.
Bu fikri Ermənistanda revanşist qüvvələrin yenidən aktivləşməsi, güclənərək Qarabağı yenidən işğal etməklə bağlı səsləndirilən bəyanatları və hazırkı reallığı Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, revanşist qüvvələrin aktivləməsində Rusiya amili var:
“Hər dəfə Nikol Paşinyan Moskvaya gedəndən sonra bu fikirlər daha da qüvvətlənir. Onlar Rusiyanın müəyyən ötürmələrindən istifadə edirlər. Revanşiat qüvvələr aktivdir, Qarabağdan köçənlər də təşkilatlanırlar. Qətiyyən zəifləməməliyik. Orada baş verən prosesləri diqqətdən kənarda qoymamalıyıq. Hesab edirəm ki, Azərbaycan tərəfi möhkəm dayansa, ermənilər nə qədər cəhd etsələr də, heç nəyə nail ola bilməyəcəklər”.
Səxavət Məmməd