Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanda seçkilərlə bağlı ilk nəticələr açıqlandı – RƏSMİ

Reklam: Sinerji Pro

Ermənistanda seçkilərin ilkin nəticəsi açıqlanıb.

Bu barədə Teleqram kanalları Mərkəzi Seçki Komissiyasına istinadla məlumat yayıb.

Hazırda 2008 seçki məntəqəsindən 268-də seçki bülletenləri sayılıb. 268 seçki məntəqəsinin nəticələri belədir:

1. Mülki Müqavilə Partiyası (Paşinyan) – 58.559 səs (62,8%)

2. “Ermənistan” Bloku (Köçəryan) – 17.004 səs (17,5%)

3. Çiçəklənən Ermənistan (Çarukyan) – 4.281 səs (4,4%)

4. “Şərəf Duyuram” bloku (S.Sərkisyan) – 3.646 səs (3,7%).

Qeyd edək ki, Ermənistan və Rusiya mediası təxminən 80 məntəqənin nəticəsinə əsasən Nikol Paşinyanın Mülki Müqavilə Partiyasının 58,04, Köçəryanın “Ermənistan” blokunun isə 22,01 faiz səs topladığını yazıb.

***

Ermənistanda elektron səsvermənin rəsmi nəticələri elan edilib.

Yenicag.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası elektron səsvermədə 163 səslə Paşinyanın partiyasının liderlik etdiyini açıqlayıb.

İkinci yerdə Köçəryanın bloku 135 səslə gəlir.

Digər partiya və bloklara 1-14 arası səslər verilib.

Ümumilikdə elektron səsvermədə 650 seçici olub, onlardan 500 nəfər seçkidə iştirak edib. 45 bülleten etibarsız hesab edilib.

www.yenicag.az

353
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100