!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandakı proseslərin arxasında hansı qüvvə dayanıb? - “Putin Paşinyanı devirmək istəsə...” - Tərlan Eyvazov

!Reklam – Yazi

“Aparılan təhqiqatlar rusiyalı oliqarxların da Ermənistandakı korrupsiya əməllərində iştirakını üzə çıxaracaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamnasında Ermənistanda cərəyan edən son hadisələri və proseslərin mümkün nəticələrini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Ermənistanda indi baş verənlər klanlararası savaşın növbəti mərhələsidir:

“Qarabağ məsələsi olmasaydı, heç bir siyasi çəkiyə malik olmayan banditlərin gəlib Ermənistanda yüksək vəzifə tutması mümkün olmazdı. Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının işğalı elə bir şərait yaratdı ki, Koçaryan-Sarkisyan cütlüyü hakimiyyəti bir-birilərinə təhvil verməklə iqtidarda qalaraq, öz klanlarını möhkəmləndirdilər.

Eyni zamanda, Koçaryan və Sarkisyan hakimiyyətdə qalmaqla, bütün iqtisadi rıçaqları ələ aldılar, Rusiyanın oliqarxları ilə işbirliyi qurdular, ölkəni onların ağuşuna atdılar. Hazırda Rusiya ilə Ermənistan arasında illik ticarət dövriyyəsi 3 milyard dollardan çoxdur. Bu dövriyyədə əsas payı Rusiyadan Ermənistana ixrac edilən 2,3 milyard dollarlıq məhsullar tutur. Faktik olaraq, Ermənistan əhalisinin dolanışığı Rusiyadandır və bunu hamı bilir. O baxımdan, bunu bilən siyasətçi Rusiya ilə heç vaxt açıq qarşıdurmaya getməz.

Düzdür, Paşinyan demokatik yolla hakimiyyətə gəldi, milyardlıq korrupsiya əməllərinə son qoymağa çalışdı. Bu çərçivədə yoxlamalar başladı, səs-küylü həbslər həyata keçirildi. Bu təftiş ordunu da əhatə etdi və orada da ciddi korrupsiya aşkarlandı. Paşinyan Ermənistanda heç bir siyasətçinin ata bilməyəcəyi addımı ataraq, üçtərəfli bəyanatı imzaladı. Bundan qıcıqlanan siyasətçilər və generalitetin tərkibindəki revanşistlər onu devirməyə çalışırlar.

Koçaryanla Sarkisyan öz bizneslərini elə bir formada qurublar ki, o şəbəkələri yoxlayanda, bu, Rusiyaya qarşı atılmış addım kimi dəyərləndirilir. Ancaq nə Sarkisyan, nə Koçaryan, nə də digərləri Ermənistanın hayında deyillər. Onları düşündürən tək məqam öz biznesləridir.

Rusiyadakı bəzi oliqarxlar da Paşinyanın bu addımlarından narahatdırlar. Çünki aparılan təhqiqatlar rusiyalı oliqarxların da Ermənistandakı korrupsiya əməllərində iştirakını üzə çıxaracaq.

Aydındır ki, Paşinyan müharubəni yekunlaşdıran üçtərəfli bəyanata Putinin təzyiqi ilə qol çəkdi və indi Azərbaycan-Ermənistan dövlət sərhəddinin yenidən müəyyən edilməsinə heç bir problem yaratmır. Təbii, belə bir şəraitdə revanşist generalların təxribatlara əl atması gözlənilən idi.

Digər tərəfdən, Putin istəsə, Paşinyanı hər an devirə bilər. Əgər bu iş gecikirsə, yaxud çətinlik yaradırsa, deməli, bunun arxasında Putin yox, rusiyalı oliqarxlar və o ölkədə yaşayan erməni biznesmenlər dayanıb. Çünki Paşinyan onlara çox ciddi zərbə vururb və vurmaqda da davam edir”.

Səxavət Məmməd

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv