!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistandan fərqli olaraq, Azərbaycan Vaşinqtonda da, Moskvada da eyni prinsiplərə əsaslanır” – ŞƏRH

!Reklam – Yazi

“ABŞ-nin aparılan müzakirələrdə razılaşdırılmayan müddəalar haqqında məlumat verməməsi birmənalı qarşılanmır”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında ABŞ-də keçirilən son danışıqların nəticələrini və Rusiyanın bu prosesə yanaşmasını şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva Vaşinqton danışıqlarının nəticələrini qəbul etmək niyyətində deyil:

“Vaşinqtonda ABŞ-nin dövlət katibi Blinkenin vasitəçiliyi ilə keçirilən görüşlərdə əldə olunan nəticələr öz məzmununa görə ümidvericidir. Çünki burada ABŞ kimi ölkə tərəfindən Azərbaycanla Ermənistan arasında anlaşma əldə olunmasının vacibliyi bəyan edildi. Eyni zamanda hiss olunan budur ki, Ermənistan prosesdə hər nə qədər pozucu mövqe tutsa da, Azərbaycanla sülh sazişi imzalanmasının mümkünlüyü reallığı ilə barışıb.

Bununla belə, ABŞ-nin aparılan müzakirələrdə hansı müddəalarla bağlı razılığın əldə olunması, yaxud da razılaşdırılmayan müddəalar haqqında məlumat verməməsi də birmənalı qarşılanmır. ABŞ-nin bu məsələləri hələlik məxfi saxlamaqla nəyi hədəflədiyi məlum deyil. Ancaq aydın məsələdir ki, Vaşinqtonda aparılmış müzakirələrin bütün detalları bu gün də olmasa, sabah Moskvaya çatdırılacaq.

Paşinyan Praqada belə bir bəyanat verdi ki, yaxın vaxtlarda Moskvaya səfər edəcək. Onun Vaşinqton danışıqları barəsində Rusiyaya geniş hesabat verəcəyi aksiomdur. Bu baxımdan, ABŞ-nin həmin müddəaları məxfi saxlamasında məntiq yoxdur. Əslində, Azərbaycan tərəfi də Moskvada Vaşinqton müzakirələrinin detallarını açıqlayacaq. Ancaq burada böyük fərq ondan ibarətdir ki, Ermənistanın əksinə olaraq, Azərbaycan Vaşinqtonda da, Moskvada da eyni prinsiplərə əsaslanır.

Rusiyanın Vaşinqtonda keçirilmiş danışıqlara münasibəti isə artıq məlumdur. Bu barədə mövqe bildirən Rusiya rəsmiləri Azərbaycanla Ermənistan arasında istənilən anlaşmanın üçtərəfli bəyanata əsaslanmasının vacibliyini bildirirlər. Bu isə o deməkdir ki, Moskva Vaşinaqton danışıqlarının nəticələrini qəbul etmək niyyətində deyil. Ona görə də yaranmış vəziyyətdən ən real çıxış yolu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşada verdiyi bəyanatdır. ABŞ tərəfindən də təqdir olunan bu mövqe ondan ibarətdir ki, mövcud şəraitdə dalandan çıxmağın ən ideal yolu Azərbaycanla Ermənistan arasında vasitəçilərsiz, köməkçilərsiz və pozucularsız birbaşa dialoqa getməkdir”.

A.Zeynalov

COP29

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv