Ermənistanı kriminal qruplaşma rəhbərləri idarə edir

media-hightechnic-468x90

88027Ermənistan prezidenti Sarkisyanın komandasında yalnız kriminal qruplaşma rəhbərləri olan oliqarxlar və onların banda üzvləri təmsil olunur.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin bu gün dərc olunmuş təhlilində vurğulanır.

Təhlildə bildirilir ki, prezidentin qardaşı Aleksandr Sarqsyan, parlamentin spikeri Ovik Abramyan, dövlət büdcəsi komitəsinin rəhbəri Qagik Xaçatryan, “Nemes Rubo” ləqəbli deputat Ruben Ayrapetyan, “Lfik Samo” ləqəbli Samvel Aleksanyan, Qaqik Tsarukyan, həmçinin Ermənistan xüsusi təyinatlı dəstəsinin komandiri, polkovnik Arsen Kotoyan da kriminal qruplarda məsul mövqelərdədir.

Arsen Kotoyanın atası Seryoja Kotoyan “Metaksi Ser” ləqəbli kriminal avtoritet olub. O, məşhur kriminal avtoritet Svo Rafonun davamçısı kimi tanınıb. 1997-ci ildə “Metaksi Ser” Robert Koçaryanın himayə etdiyi “əfqan veteranlar”ı adlı dəstə tərəfindən Xorenasi küçəsində yerləşən şəxsi ticarət mərkəzində qətlə yetirilib. 2007-ci ildə isə Arsen Kotoyanın özü növbəti razborkalardan sonra evinin qarşısında güllələnsə də, sağ qalıb.

Arsen Kotoyanın İrəvanda, xüsusilə də Metaks bağının ətrafında bir sira obyektləri var. Kotoyan tabeliyində olan xüsusi təyinatlıları kriminal “razborka”lara cəlb etməklə onlardan sanki öz şəxsi ordusu kimi istifadə edir. Seyran Ohanyanın ən etibarlı adamlarından olan Kotoyan onun tapşırığı ilə sifarişli qətillər, adam oğurluğu, maşınların və evlərin yandırılması, təhdid, silahla qorxutma kimi bütün qanunsuz işləri yerinə yetirir. “Razborka”larda ölən və yaralanan erməni hərbi qulluqçuları Qarabağda azərbaycanlılar tərəfindən öldürülmüş kimi sənədləşdirilərək rəsmiləşdirilir və əsl həqiqət ictimaiyyətdən gizlədilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600