Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanın aktivləşməsinin PƏRDƏARXASI: "Bunlar təsadüfi deyil" - ŞƏRH

Reklam: Sinerji Pro

“Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edəndən sonra Ermənistan tərəfində ciddi aktivləşmə oldu. Ermənistan atəşkəsi pozmaqla sanki münaqişə bitməyib, münaqişə davam edir mesajını verməyə çalışır”.

Bu fikri Yenicag.az-a açıqlamasında son günlər atəşkəsin intensiv pozulmasını və bölgədə baş verən hərəkətliliyi şərh edən hərbi ekspert Ədalət Verdiyev səsləndirib.

Ədalət Verdiyev bildirib ki, həm də atəşkəsin intensiv pozulması prezident İlham Əliyevin Rusiya səfəri ərəfəsinə təsadüf edir:

“Həm Rusiya, həm Azərbaycan münaqişənin bitdiyini, nizamlama prosesinin davam etdiyini bildirir. Ermənistan da belə vaxtda atəşkəsi pozur. Bunlar təsadüfi deyil. İstənilən halda Fransa prezidenti ilə Ermənistan baş naziri arasındakı görüş aktivləşməyə gətirib çıxarıb.

Müdafiə naziri bayram təbrikində komandir, rəis heyətini toplayıb və onlara göstəriş verib ki, adekvat cavab tədbirləri görülsün. Düşünürəm ki, Ermənistan tərəfinin addımları cavabsız qalmayacaq, qalmır da.

Naxçıvanla Ermənistan arasındakı dövlət sərhəddidir. Azərbaycan tərəfi öz sərhəddini möhkəmləndirir. Bu Azərbaycanın haqqıdır. Hiss olunur ki, Ermənistan tərəfi bundan narahatdır və mane olmağa çalışır. Ermənistanın bu vəziyyətində ona atəşkəsi pozmaq lazım deyil. Necə ki, Tovuzda, sentyabr ayında lazım deyildi. Atəşkəsin pozulması ciddi narahatlıq və narazılıqla qarşılanır. Əslində bu işə təmkinli yanaşmaq lazımdır”.

www.yenicag.az

304
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100