!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın baş naziri istefa verdi - Sarkisyan qəbul etmədi

!Reklam – Yazi

Ermənistanın baş naziri Karen Karapetyan iki dəfə istefa vermək üçün müraciət etsə də, prezident Serj Sarkisyan bundan imtina edib.

Yenicag.az Azvision.az-a istinadən xəbər verir ki, “bu barədə Joğovurd” nəşri məlumat yayıb.

İddia edilir ki, Sarkisyanın təkidindən sonra baş nazir öz postunda qalıb.

Məlumata görə, Karapetyan vəzifəsində qısa müddət qalacaq. Hakim Respublika partiyası artıq Ermənistan cəmiyyətini baş nazir dəyişikliyinə, Serj Sarkisyanın təyinatına hazırlayır.

Təsadüfi deyil ki, dünən Ermənistan parlamentinin vitse-spikeri, Respublika partiyasının sözcüsü Eduard Şarmazanov bildirib ki, parlament seçkilərinin nəticəsi kimi 2022-ci ilə qədər xalq hökümətin formalaşmasını və baş nazirin təyinat hüququnu Respublika partiyasına verib.

Yenicag.az

www.yenicag.az

965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv