!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlim keçirildi - FOTOLAR

!Reklam – Yazi

29 mart 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının müvafiq bəndlərinin və BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin tövsiyələrinin icrası məqsədilə media nümayəndələri üçün “İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlim keçirilib.

Yenicag.az xəbər verir ki, təlimdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova cəmiyyətimizdə ümumi olaraq bir sıra problemlərin olduğunu və bununla bağlı bir çox çıxış yolları axtarıldığını qeyd edib. İnsan alverinə səbəb olan bir sıra amillərdən bəhs edən sədr müavini, erkən nikahın, təhsildın yayınma və digər bu kimi məsələlərin kökündə məhz məişət zorakılığı probleminin dayandığını qeyd edib.

2005-ci il iyunun 28-də insan alverinin profilaktikasının, insan alveri qurbanlarının müdafiə edilməsinin və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsaslarını tənzimləyən “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildiyini bildirən sədr müavini əlavə edib ki, bu qanun Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir.

22 iyul 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildiyini qeyd edən sədr müavini, həmçinin Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda insan alveri probleminin səbəblərinin öyrənilməsi məqsədilə “Regionlarda insan alveri problemlərinin sosial psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanması” mövzusu üzrə təhlil hazırlandığı da iştirakçıların diqqətinə çatdırıb.

S.Qəhrəmanova qeyd edib ki, bu gün ailə və mill-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində və eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır: “Lakin bir məsələni də vurğulamaq lazımdır ki, jurnalistlərimiz ailədaxili problemlərin, qadın və uşaqlarla əlaqəli məsələlərin mətbuatda işiqlandırılması zamanı xüsusilə həssas olmalıdırlar”.

Sədr müavini diqqətə çatdırıb ki, vacib amillərdən biri də odur ki, jurnalistlər öz işlərinə peşəkar və məsuliyyətli yanaşaraq insanların kimliyi haqqında məlumatların konfidensiallığını qorusunlar.

Daha sonra çıxış edən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin üzvü Elgün Səfərov çıxış edərək Azərbaycanın 2022-ci ildə Azərbaycan Hökumətinin BMT-nin CEDAW Komitəsinə təqdim etdiyi altıncı dövri məruzəsinin və 2023-cü ilin yanvar ayında BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə Azərbaycan Hökumətinin beşinci və altıncı birgə dövri məruzəsinin tövsiyələri barədə iştirakçılara məlumat verib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə fəaliyyəti və bu istiqamətdə hökumətin koordinasiya işi” adlı təqdimatla çıxış edərək insan alveri anlayışı, insan alverinə qarşı mübarizə üzrə rəhbər tutulan normativ-hüquqi aktlar, qurbanların müəyyən edilməsi, insan alverinə qarşı mübarizə üzrə hökumətin İşçi Qrupu barədə ətraflı məlumat verib.

Dövlət Komitəsinin əməkdaşı, psixoloq Rövşən Nəcəfov “İnsan alverinə qarşı ictimai psixologiya”mövzusunda təqdimatla çıxış edərək insan alveri qurbanlarının cəlb etmə metodları, ictimai psixoloqların fəaliyyəti və onların dövlət və özəl qurumlarla əməkdaşlığın genişləndirilməsi barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası Audiovizual Şurasının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ayxan Sadıqlı “İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” mövzusunda çıxış edərək, ”Media haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”, İnsan alverinin qurbanına çevrilmiş şəxslər barədə məlumatların çatdırılması zamanı diqqət edilməsi lazımi prinsiplər, mediada dərc olunan və yayımlanan informasiyaya dair tələblər, həmçinin informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar haqqında danışıb.

Daha sonra “Məcburi əmək insan alverinin müasir forması kimi: uşaq və qadın hüquqları kontekstində” mövzusunda çıxış edən hüquq üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev insan alverinin insan hüquqlarının ciddi şəkildə pozulması halı, həmçinin köləliyin müasir forması olduğunu bildirib. Eyni zamanda, məcburi əməyin xüsusiyyətləri barədə danışan M.Əliyev, müvafiq sahə üzrə ölkədə mövcud olan qanunvericilik bazası haqqında məlumat verib və beynəlxalq statistikanı diqqətə çatdırıb.

Müzakirələrlə davam edən təlimin sonunda iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim edilib.

COP29

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv