“Nəticədə Ermənistan həm Rusiya, həm də Azərbaycan qarşısında təklənmiş vəziyyətə düşəcək”.
Bu fikirləri Milli Məclisin Fəzail Ağamalının Azərbaycanın Ermənistanın işğalı altında qalan 8 kəndin azad edilməsi üçün əməliyyat keçirməsinin zəruriliyinə dair mövqeyini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan istənilən halda Azərbaycanın işğal altındakı 8 kəndini geri qaytarmalıdır:
“Əgər vəziyyət Azərbaycanın güc tətbiqini zəruri edəcəksə, əməliyyatlar 8 kəndin işğaldan azad olunması ilə məhdudlaşmayacaq. Çünki Zəngəzur dəhlizi kimi hələ yerinə yetirilməsə də, razılaşdırılan müddəalar var.
Həmin razılaşmalar isə üçtərəfli qaydada qəbul edilib. Nəticədə Ermənistan həm Rusiya, həm də Azərbaycan qarşısında təklənmiş vəziyyətə düşəcək. Sözügedən 8 kənddən 4-ü anklav deyil.
Yəni həmin ərazilərin geri qaytarılması Ermənistan üçün məcburidir. Belə bir şəraitdə istənilən vasitələrdən istifadə edərək həmin ərazilərin geri qaytarılması Azərbaycanın tam hüququdur”.
Nəsimi Ələsgərli
www.yenicag.az