!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın “muzdlu” oyunu blef çıxdı

!Reklam – Yazi

02_karabağSon vaxtlar rəsmi İrəvanın təşəbbüsü ilə Donbasdakı muzdluların Qarabağda yerləşdirilməsi ilə bağlı ölkə KİV-də narahatverici məlumatlar yer almaqdadır. İddiaya görə, Donbasdakı muzdluların Qarabağ gətirilməsində məqsəd sadəcə təmas xəttinə nəzarət etməkdə çətinlik çəkən erməni ordusunun  insan resursuna olan tələbatı ödəmək deyil, həm də Ukraynada döyüş təcrübəsi keçən bu döyüşçülərin savaş təcrübəsindən Azərbaycan ordusuna qarşı istifadə etməkdir.

Görəsən, belə bir informasiya nə dərəcədə doğrudur?  Həqiqətənmi, Donbasdakı muzdurlar Dağlıq Qarabağ bölgəsinə gətirilib? Yoxsa bu ermənilərin növbəti bir dezinformasiyasıdır?

Hərbçi ekspert Üzeyir Cəfərov Yenicag.az-a açıqlamasında sözügedən məlumatın həqiqəti əks etdirmədiyini və sadəcə olaraq guya qorxutmaq məqsədi daşıdığını diqqətə çatdırdı: “Donbasdan muzdurların Dağlıq Qarabağa gətirildiyi barədə yayılan informasiyalar  tamamilə dezinformasiyadır.  Bu informasiya məlum məsələdə olduğu kimi, itin həm qorxması, həm də qorxutmasına barədə deyilən sözlərə bəznəyir.  Ermənilər sadəcə narahatdır ki, Azərbaycan istənilən an hansısa bir güc tətbiqinə başlayıb, özünün ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan işləri görəcəkdir.  Ona görə də onlar müxtəlif dezinformasiyalar  yayırlar. Guya Dağlıq Qarabağda Suriyadan, Ukraynadan gətirilən muzdlu dəstələr, silah-sursat yerləşdirilir. Bunların hamısı blefdir.   Bu yaxınlarda Ermənistan və işğal olunmuş ərazilərimizdə olan turistlər video çəkilişləri və etdikləri qeydlərdə göstərirdilər ki, həmin ərazilərdə yaşayış yox dərəcəsindədir.  Burada həmin Ukraynadan gətirilən qoşunlar olsaydı  çoxdan ermənilər onlardan istifadə edərdilər. Sadəcə olaraq özləri də bilir ki, separatçılarda insan çatışmamazlığı var. Ermənilərin özləri də dəfələrlə qeyd edib ki, onların əsgərlərə ehtiyacı var və artıq Ermənistandan gətirilən əsgərlər də burada bəs etmir. Buna rəğmən müxtəlif dezinformasiyalar yayırlar ki, guya Rudsiyadan verilən texnika, ən müasir silahlar  orada yerləşdirilib, hətta Donbasdan muzdurlar da gətirilib.  Belə şeylər yoxdur, ona görə də verilən bu kimi informasiyalara inanmaq da lazım deyil. Əlbəttə ki, müəyyən görüntü yaratmaq üçün bəzən şəkillər də paylaşır, məlumatlar yayırlar.  Amma onların heç biri reallığa əsaslanmır və ondan da narahat olmağına dəyməz.  Azərbaycan tərəfi prosesi ciddi şəkildə nəzarətdə saxlayır.  Orada cərəyan edən hadisələr barədə kifayət qədər məlumatımız var.  Radioelektron vasitələri, kəşfiyyat məlumatları və digər kanallarla lazım olan məlumatları əldə edirik.  Donbasdan olan muzdurların ermənilər tərəfindən Dağlıq Qarabağda yerləşdirilməsi haqqında məlumatlar olsaydı, Azərbaycan tərəfi bununla bağlı  adekvat addımlar atacaqdı.  İşğal olunmuş ərazilərimizdə sadəcə Ermənistan silahlı qüvvələrin az saylı nümayəndələri və separatçı qüvvələrdir ki, onlar da heç bir halda Azərbaycana hansısa bir problem yaratmaq iqtidarında deyillər”.

ELÇİN

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv