Ermənistanın S-300 zenit-raketlərinin necə məhv edildiyi AÇIQLANDI

media-hightechnic-468x90

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrin bütün strukturlarına, o cümlədən Dövlət Sərhədi Xidmətinə (DSX) xüsusi tapşırıqlar vermişdi. Ali Baş komandanın verdiyi bütün tapşırıqlar uğurla yerinə yetirilib”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi polkovnik Qinyaz Qaralov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin oktyabrın 22-də Qarabağ zəfərinin ildönümü ilə bağlı təşkil etdiyi konfransda deyib.

O bildirib ki, DSX-nin peşəkar zabit, gizir, əsgər heyəti tərəfindən keçirilmiş əməliyyatlar hərb tarixində yeniliklər yaradıb: “Müharibə zamanı AN-2 təyyarələrinin tətbiqi nəticəsində düşmənin zenit-raket sistemləri aşkar edilib. Bunun nəticəsində isə düşmənin müvafiq qurğuları, o cümlədən S-300 zenit-raket kompleksləri və digər texniklarının ilk gündən aşkar edilərək məhv edilməsinə nail olmuşuq. Bu vasitələrin müharibənin ilk gündən məhv edilməsi bütün qoşunun irəli getməsinə şərait yaradıb. Hesab edirəm ki, DSX-nin hərbi qulluqçuları Vətən müharibəsi zamanı üzərilərinə düşən vəzifələri ləyaqətlə və şərəflə yerinə yetiriblər”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05