“Həmin ərazilər Azərbaycanın tarixi torpaqlarıdır”.
Bunu Yenicag.az-a açıqlamasında ermənilərin Zəngəzuru və sərhədyanı bölgələri boşaltmasının səbəblərini izah edən politoloq Sabir Məmmədli deyib.
Onun sözlərinə görə, Rusiyanın Zəngəzur məsələsində Ermənistana qarşı kifayət qədər hücumedici mövqeyi var.
“Belə olduğu halda isə əhali təbii olaraq təşviş içindədir. Qafandan tutmuş, Mehriyə qədər olan kəndlər onsuz da boş idi. İndidən sonra isə qalan əhali xırda yaşayış məntəqələrindən də tamamilə köçəcək. Həmin ərazilər məhz Azərbaycanın tarixi torpaqlarıdır. Onlar özləri də bunu çox yaxşı bilirlər. Nəticədə isə könüllü olaraq əraziləri tərk edirlər. İran əvvəllər canfəşanlıq etsə də, son zamanlar Qərbin gəlişinə etirazını susqunluqla göstərir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az